XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

22 Oktyabr 2018 - 09:23

Zəlzələnin İndoneziyaya vurduğu ziyan açıqlandı –Ölkəyə 911 milyon dollar zərər dəyib

Sulavesi adasında sentyabrın sonlarında baş verən zəlzələ nəticəsində İndoneziya iqtisadiyyatına 911 milyon dollar zərər dəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinə istinadla məlumat yayıb.

Bununla yanaşı, nəşr agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqrohonun sözlərini sitat gətirərək yazır: “Bu, yalnız ilk rəqəmlərdir və gələcəkdə o, yəqin ki, artacaq”.

S.Nuqroho, həmçinin qeyd edib ki, təbii fəlakət nəticəsində Mərkəzi Sulavesi əyalətində 223 min sakin öz evlərini tərk etməyə məcbur olub. Qaçqınların bir qismi ölkənin digər rayonlarına getsə də, sakinlərin çoxu hələ də Palu şəhərindəki müvəqqəti sığınacaqlarda yerləşiblər. Agentliyin məlumatında qeyd edilir ki, zəlzələ nəticəsində 68 min ev, yüzlərlə təhsil və səhiyyə müəssisəsi, hökumət binaları dağılıb.