XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 October 2018 - 20:31

 Türkiyə polisi Xaşuqci ilə bağlı üçmərtəbəli villada axtarış aparıb –Mərmərə dənizinin sahilində

 

Türkiyə polisi səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı araşdırma çərçivəsində bir mülkdə axtarış aparıb.

“Sabah” xəbər verir ki, Mərmərə dənizinin sahilində yerləşən Yalova şəhəri yaxınlığındakı Termal yaşayış məntəqəsində üçmərtəbəli villanın jurnalistin qətlə yetirilməsində şübhəli bilinən səudiyyəlilərdən birinə məxsus olduğu ehtimal edilir.

Qəzet həmçinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun attaşesi Əhməd Abdulla əl-Muzəininin qətlin təşkilatçısı olduğunu da yazıb/Report.