Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Məlumata görə, Zərdab-Mollakənd-Kürdəmir yolu ilə Kürdəmir istiqamətində hərəkətdə olan minik maşını traktorla toqquşub.
Nəticədə minik maşınının sürücüsü hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır/Report.