XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 18:56

“Həyat yoldaşım atasının oranı yandırmasına inanmır” –Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmə davam edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami Ağayev ifadə verib.

O, təqsirləndirilən M.Məmmədovun kürəkəni olduğunu bildirib: “Qayınatam 10 ilə yaxındır Mərkəzdə müalicə alıb. Mən bunların ailə işlərinə qarışmırdım, müdaxiə etmirdim. Bildiyim qədər Məhəmməd Məmmədov içki içdiyi üçün Mərkəzə aparılıb. İstintaq dövründə bildim ki, yanğını qayınatam törədib. O, Mərkəzdə müalicə olunan zaman yalnız bir dəfə getmişəm. Qaynım Vahidlə ünsiyyətim var. O, atasının yanına həftədə bir dəfə gedirdi. Vahid arada deyirdi ki, Mərkəzin yanında olan mağazaya bir-iki dəfə pul verib. Həmin pul da atasına çatıb”.

N.Ağayev qeyd edib ki, qayınatasının yanına Mərkəzə gedən zaman ona siqaret alıb: “Məhəmməd Məmmədov içkili olanda mənim özümü də söyürdü. Mərkəzdə yatanda arada evə zəng edib uşaqları soruşurdu. Yanğından sonra onu görməmişəm. Həyat yoldaşım atasının Mərkəzi yandırmasına da inanmır”.

Məhkəmənin növbəti iclası oktyabrın 30-na təyin edilib.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata ayrılıb. O daha sonra dünyasını dəyişib.