Mingəçevir şəhərində 37 yaşlı qadın intihar edib.
Hadisə şəhərin Vaqif küçəsi, 19 ünvanında yerləşən beşmərtəbəli binadakı mənzillərin birində qeydə alınıb.
Belə ki, həmin mənzildə bir övladı ilə kirayədə yaşayan, 1981-ci il təvəllüdlü Samirə Aslan qızı Musayeva özünü asaraq öldürüb.
Hadisə zamanı övladının evdə olmadığı bildirilir.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır/Report.