XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 09:03

Üç il Suriyada əsir olan yapon jurnalist azad edildi:“Dünyada nələrin baş verdiyindən xəbərsizəm” (FOTO)

Yapon jurnalist Cyumpey Yosuda Suriyada yaraqlıların əlində əsir olmağı cəhənnəm həyatına bənzədib.

Strateq.az Azərtac-a istinadən bildirir ki, bu barədə o, İstanbula uçan təyyarədə NHK telekanalına verdiyi müsahibəsində bildirib. C.Yosuda üç il əsirlikdə olduqdan sonra azad edilib.

Xatırladaq ki, yapon jurnalist 2015-ci ildə Suriya ərazisinə daxil olduqdan sonra itkin düşüb.

İstanbula uçan təyyarədə telekanala müsahibə verən jurnalist deyib ki, fiziki və mənəvi cəhətdən bu həyatı ancaq cəhənnəmə bənzətmək olar. C.Yasuda deyib ki, getdikcə kamerada olmağa alışması onu çox təəccübləndirib və bu barədə düşünməyin çox əzabverici olduğunu dərk edib.

Jurnalist, həmçinin gələcəyi barədə də çox narahat olduğunu bildirib. O deyib ki, bundan sonra hansı işlə məşğul olacağını hələ müəyyənləşdirməyib, çünki 3 il həbsdə olduğuna görə dünyada baş verənlərdən xəbərsizdir. Oktyabrın 25-də C.Yasuda İstanbuldan Yaponiyaya yola düşüb.