Rusiya Federal Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatının Moskva vilayətindəki özəyinin 6 üzvünü zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, onlar Moskvada terror aktları törətməyi planlaşdırırmış. Onlardan avtomat silahlar, bomba düzəldilməsi və terror aktının həyata keçirilməsi üçün təlimatlar, pul aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərin Orta Asiya respublikalarının vətəndaşları olduğu bildirilir.