XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 20:18

ABŞ-ın Atom Elektrik Stansiyasında qəza baş verib –“Sığınacaqlara girin” xəbərdarlığı edildi

ABŞ-ın Henford şəhərində yerləşən Atom Elektrik Stansiyalarından birində qəza baş verib.

Bu barədə Böyük Britaniyanın “The Mirror” saytı məlumat yayıb. Xəbərə görə, Atom Elektrik stansiyasında baş vermiş qəza ilə əlqaədar əməkdaşlara sığınacaqlara çəkilmələri üçün xəbərdarlıq edilib.

Bildirilir ki, AES-in “pluton” və “uran” tunellərində qəza baş verib.

Əməkdaşların yemək yeməsi və su içməsi növbəti xəbərdarlığa qədər qadağan olunub. Sözügedən tunellərdə buxarın çıxdığı müşahidə olunur. Qəzadan sonra ətrafa radioaktiv maddələrin yayılıb-yayılmadığı hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara aparılır.