XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 09:02

İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb –189 nəfər həlak olub

Bazar ertəsi səhər İndoneziyanın Yava adası sahillərində qəzaya uğramış “Lion Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfər olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinə istinadən “Reuters” məlumat yayıb.

Paytaxt Cakartadan Pankalpinanq şəhərinə gedən təyyarə uçduqdan 13 dəqiqə sonra radarlardan itib. Sonradan təyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub.

Artıq təyyarənin qəzaya uğradığı yer əraziyə göndərilmiş vertolyot və üç gəmi tərəfindən aşkar edilib.