XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 11:29

Son iki gündə ölkədə 198 cinayət törədilib –Otuz dörd nəfər şübhəli şəxs saxlanılıb (DİN)

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 198 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Bu barədə Strateq.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.