XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 12:49

Səudiyyə Ərəbistanının Baş prokuroru Türkiyəyə gəlib –Xaşuqcinin öldürüldüyü konsulluğa baxış keçirəcək

Səudiyyə Ərəbistanının Baş prokuroru Səud Müceb müxalif jurnalist, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Xaşuqcinin öldürülməsinə görə Türkiyəyə gəlib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hazırda İstanbulda Türkiyənin Baş prokuroru İrfan Fidan ilə Səud Müceb arasında görüş keçirilir.

Tərəflər Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist C.Xaşuqci ilə bağlı cinayət işinin istintaqı və qətlin üstünün açılması məsələsini müzakirə edirlər.

S.Mücebin jurnalistin öldürüldüyü Baş Konsulluğa baxış keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Səud Mücebi Camal Xaşuqcinin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını bildirmişdi.