XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 14:18

Sərxoş qırğız sürücü Yevlaxda qəza törətdi –Daşıdığı avtomobillər yola dağıldı (FOTO)

Yevlax rayonunda sərxoş sürücü qəza törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, Qırğız Respublikasının vətəndaşı, 1965-ci il təvəllüdlü Dima Aleksandr oğlu sərxoş halda idarə etdiyi yük avtomobilini aşırıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Yük maşınında daşınan müxtəlif markalı avtomobillər isə yola aşıb.

Faktla bağlı araşdırma aparılır.