XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 October 2018 - 10:46

Abşeronda silahlı insident –Duz biznesi ilə məşğul olan şəxs yeznəsini güllələdi

Abşeronda silahlı insident olub.

Hadisə rayonun Masazır qəsəbəsindəki duz gölündə qeydə alınıb.

Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Şahin Salahov aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə yeznəsi, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Musa Novruzovu güllələyib. Ayağından güllə xəsarəti alan M. Novruzov xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hər iki şəxs duz biznesi ilə məşğul olub

Faktla bağlı Abşeron Polis İdarəsində cinayət işi başlanıb, istintaq gedir/Report.