XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 20:12

“Gözlərimi açanda hər yerin tüstü olduğunu gördüm” –Narkoloji Mərkəzdəki faciəli yanğınla bağlı məhkəmə davam edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Kamil Məmmədov ifadə verib.

O, təqsirləndirilən şəxslərdən M.Məmmədovla A.Məmmədovanı tanıdığını söyləyib.

Zərərçəkmiş bildirib ki, narkotik istifadəçisi olduğu üçün mart ayından mərkəzdə müalicə alırmış: “Hadisə zamanı 15-ci palatada yatırdım. Gecə mənimlə eyni palatada qalan Mahir adlı şəxs məni yuxudan oyatdı. Gözlərimi açanda hər yerin tüstü olduğunu gördüm. Tez çölə çıxdım. Çöldə mühafizəçi hər kəsə kömək edirdi”.

K.Məmmədov qeyd edib ki, yanğın zamanı çölə çıxanda M.Məmmədovu orada görməyib: “Məhəmməd bizə yaxın palatada qalırdı. Hadisə zamanı çölə çıxanda onu orada görmədim. Sonra bizi başqa korpusa saldılar”.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. Daha sonra o, dünyasını dəyişib.