XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 18:00

Bakıda daha bir mənzil fırıldaqçısı saxlanıldı –Baş Prokurorluq

bash-prokurorluqHacıqabul rayon sakininin saxta sənədlər əsasında ona mənzil satılması barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan strateq.az-a daxil olan məlumata görə, araşdırma zamanı Bakı şəhərində əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayev “Günəş Holdinq” MMC-yə məxsus mənzili özününkü kimi təqdim edərək dələduzluq yolu ilə saxta müqavilə və arayışlar əsasında Hacıqabul rayon sakininin adına rəsmiləşdirəcəyini vəd edib:

"Bununla da onun 145 min manat məbləğində pulu və 120 min manat dəyərində evi ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb".

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.