XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 22:47

İmişli rayonunda partlayış –12 yaşlı uşağın əli kəsildi

İmişli rayonunda yeniyetmə oğlanın ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, bir neçə gün əvvəl rayonun Aranlı kəndində yaşayan 12 yaşlı Vəliyev Nahid Natiq oğlu kənd ərazisində metal toplayarkən naməlum əşya aşkarlayıb. Uşaq həmin əşyanı əzərkən partlayış baş verib və ağır xəsarətlər alıb.

Təcili olaraq xəstəxanaya çatdırılan 12 yaşlı Nahidin bir əli amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.