XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 23:40

Federal Təhlükəsizlik Xidməti Dağıstanda əməliyyat keçirdi –Radikal dini qrupun lideri və 4 üzvü həbs olundu

Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstanda radikal hücrənin rəhbəri və 4 üzvünə qarşı əməliyyat keçiriblər.

Əməliyyatda sözügedən şəxslər saxlanılıb.

Bildirilir ki, 2013-cü ildə Baqavudin Omarov “Ət-Takfir vəl-Hicrə” adlı ektremist qruplaşmanın hücrəsini yaradıb.

“O, əhali arasında Rusiya və ölkə konstitusiya əleyhinə təbliğat aparıb. Həmçinin insanları hücrəyə dəvət etmə, onların dini baxışlarına təsir göstərmə, digər dinlərin nümayəndələrinə qarşı nifrət aşılamaq kimi fəaliyyətlərə başçılıq edib”, – deyə məlumatda bildirilib.

Əməliyyat zamanı hücrəyə aid xeyli dini ədəbiyyat da müsadirə edilib.

Omarova qarşı radikal dini fəaliyyətin təşkili ilə bağlı cinayət işi qaldırılıb.