XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2018 - 19:40

Misirdə xristian zəvvarları daşıyan avtobus gülləbaran edilib –Ölən və yaralananlar var

Misirdə xristian qipti zəvvarlarını daşıyan avtobusa silahlı hücum olub. 

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Bəni Suef əyalətində qeydə alınıb.

Belə ki, zəvvarları aparan üç avtobus Müqəddəs Samuel monastırı qarşısında naməlum dəstənin hücumuna məruz qalıb və onlardan biri gülləbaran edilib. Nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var.