XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2018 - 11:55

Sumqayıtda restoranda kloun iş başında ölüb- Araşdırma aparılır

Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb. Həmin şəxs 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızıdır.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.

Qadının hansı səbəbdən dünyasını dəyişdiyi bilinməsə də, ekspertıza zamanı onun içkili olduğu məlum olub.

Hazırda onun kimliyi və ölüm səbəbi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.