XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2018 - 14:41

Siyəzəndə yük maşını aşıb- 20 ton xurma yola dağılıb, iki nəfər xəsarət alıb+VİDEO

Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, Rüfət Şabanov idarə etdiyi yük maşını ilə Quba istiqamətində hərəkətdə olarkən qəflətən avtomobilin yük yeri aşıb. Nəticədə 20 ton xurma yola dağılıb. Xurma sahibi və sürücü xəsarət alıb. Yük maşınına da ciddi ziyan dəyib.

Qeyd edək ki, xurma qonşu Rusiya bazarına aparılırmış.

Faktla bağlı araşdırma aparılır.