Sumqayıt şəhərində hamilə qadın şok vəziyyətinə düşüb.
Strateq.az “Report”a istinadən bildirir ki, Corat qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Qarayeva Türkan Vaqif qızını arı sancıb. Nəticədə 6 aylıq hamilə olan qadın şok vəziyyətinə düşüb.
Dərhal xəstəxanaya çatdırılan T.Qarayevanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.