XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2018 - 10:15

İki maşının vurduğu piyada xəstəxanada öldü –Sabirabadda qəza

Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində iki avtomobil tərəfindən vurulan piyada dünyasını dəyişib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlu səhər saatlarında müalicə aldığı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.

Xatırladaq ki, “VAZ-2106” markalı “18-BX-617” dövlət qeydiyyat nişanlı avtomobil yol kənarı ilə gedən 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlunu vurub.

Eyni anda piyada zərbənin gücündən arxadan gələn “Nissan” markalı avtombobilin altında düşüb. Nəticədə 49 yaşlı piyada qapalı kəllə-beyin travması və hər iki baldır sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.