XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2018 - 13:21

Şəkidə iki maşın toqquşdu –Xəsarət alanlar var

 

Şəki rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə bu gün səhər saat 06:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral avtomobil yolunun Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində olub.

İki avtomobilin toqquşması nəticəsində Şəki kənd sakinləri – 1982-ci il təvəllüdlü Xudaverdiyev Teymur İsmayıl oğlu və 1996-cı il təvəllüdlü Eminov İlqar Nəbican oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyətləri orta-stabil qiymətləndirilir, hazırda onların müayinələri aparılır.

Faktla bağlı araşdırma aparılır/Report.