Bakıda tikintidə bədbəxt hadisə baş verib.
Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində “Retro Mall” ticarət mərkəzinin tikintisi zamanı orada işləyən fəhlə hündürlükdən yıxılıb.
Dəmir ayaqaltından yıxılan 30 yaşlı Sarvan Rəhmətov 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Onun ağır kəllə-beyin travması aldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır/Publika.az.