XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2018 - 19:25

Abşeronda saxta pul hazırlayan ana və oğlu tutulub –Təfərrüat

Abşeronda vətəndaşları aldadaraq onlara saxta əskinazlar verən ana və oğlu saxlanılıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Baki şəhəri Nəsimi rayonunda yaşayan Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərov Abşeronda saxta pulla vətəndaşları aldatdıqlaına görə saxlanılıblar.

Belə ki, Abşeron rayon sakini Gülbəniz Hüseynova Xırdalan şəhərində işlədiyi şirniyyat evində əvvəllər tanımadığı bir qadının ona 50 manatlıq saxta pul, digər vətəndaş Adilə Sadıqova isə Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında ticarətlə məşğul olan zaman bir qadının ona saxta pul verməsi barədə polisə məlumat veriblər. Aparılmış əməliyyat axtarış tədbirləri zamanı həmin cinayəti törətmiş ana və oğlu elə isti izlərlə tutularaq istintaqa təhvil verilib.

Əməliyyat zamanı onların yaşadıqları mənzildən saxta pul hazırlayan rəngli printer və digər aksessuarlar aşkarlanıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.