XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 14:21

Quldurluq edən iki azərbaycanlıya hökm oxundu –Rusiyada

Rusiyanın Kaluqa vilayətində İsmayıl Cəbrayılov və Qəşəm Mahmudov adlı iki azərbaycanlı quldurluqda təqsirli bilinərək müvafiq olaraq ciddi rejimdə 8 il və 9 il həbs cəzasına məhkum ediliblər.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, 2017-ci ilin noyabr ayında adı bəlli olmayan başqa şəxslərlə birlikdə onlar “Mercedes” avtomobili ilə “QAZel”in yolunu kəsərək sürücü və bir nəfər sərnişindən quldurluq yolu ilə mobil telefon və 400 min  rubldan çox pul (10 min manatdan çox) alıblar.

Məhkəmədə müttəhimlər özlərini qismən təqsirli bilərək tanımadıqları iki nəfərə borcu qaytarmaqda kömək etmək istədiklərini bildiriblər.