XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2015 - 07:13

Polis Bakıda saxta manatla alver edən şəxsi saxladı

Bakıda mağazalara saxta pul təqdim edən şəxs tutulub.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 25-də saat 03 radələrində Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əsginas verib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini, 1995-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Cəfərli olması müəyyən edilib və həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.