XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Noyabr 2018 - 20:32

Qubada yol qəzası baş verib, xəsarət alan var –Təfərrüat

Quba rayonunda yol qəzası baş verib.

Hadisə Quba-Qonaqkənd avtomobil yolunun rayonun Qam-qam kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Mətləb Əzizağa oğlu Hidayətovun idarə etdiyi “VAZ-2107” markalı, 38 BC 973 dövlət qeydiyyatı nişanlı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurmaqdan yayınmaq üçün yolun qarşı tərəfinə keçib və Nizami Söhbət oğlu Həzrətovun idarə etdiyi “VAZ-21015” markalı, 40 BK 850 dövlət qeydiyyatı nişanlı minik maşını ilə toqquşub.

Nəticədə “VAZ-21015” markalı avtomobildə olan, Quba rayon Təngəaltı kənd sakini, 1983-cü il təvəllüdlü Güllər Ziyafəddin qızı Həzrətova ağır bədən xəsarətləri alıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona xəstəxanada qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır/Report.