XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 20:44

Deputatlığa və hakimliyə namizəddən rüşvət almaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarıldı –Proses başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputatlığa və hakimliyə namizədlərdən rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, E.Babayev Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdara rüşvət almaqda) təqsirləndirilir. İş üzrə Akif Şəmiddin oğlu Rəhimov və Elvar Mirzələkbər oğlu Xəlilov zərərçəkən şəxslər qismində tanınıblar.

Xatırladaq ki, zərərçəkmiş A.Rəhimov 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olub.

Digər zərərçəkmiş E.Xəlilov isə hüquqşünasdır. O, 2009-cu ildə hakimiliyə namizədlərdən olub/Report.