Sumqayıt şəhərindəki şadlıq evlərindən birində çilçıraq quraşdıran gənc usta hündürlükdən yıxılaraq ölüb.
Belə ki, 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Ağacanov Emil Elçin oğlu “Sədərək” ticarət mərkəzindəki iş yerindən irihəcmli çılçıraq gətirərək, şəhər ərazisində fəaliyyət göstərən “Green House” şadlıq sarayında quraşdırmaq istəyib.
Emil Ağacanov elə hadisə yerində dünyasını dəyişib.
Gəncin meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Report