Türkiyə vətəndaşları Bakıda iki gənci ölümcül döyüblər
Azərbaycanda iki Türkiyə vətəndaşı Bakı sakinlərini döyüblər.
Strateq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün öncə baş verən davada iki gənc ölümcül vəziyyətə düşüb.
Hadisə Səbail rayonunda baş verib. Türkiyə vətəndaşları 1986-cı il təvəllüdlü Mehmet Kazankaya və 1991-ci il təvəlllüdlü Mühammet öztekin gecə saat 03 radələrində Bakı sakinləri 1993-cü il təvəllüdlü Rəfiq Əlili və 1988-ci il təvəllüdlü Babək Əliyevi döyüb.
Bakı sakinləri xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ilkin olaraq ağır qiymətləndirilib.