Gəncə şəhərində intihar hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakini, 1960-cı il təvəllüdlü Brilliant Abbasova Gəncə şəhərində yaşadığı evin çardağından özünü mələfə ilə asaraq intihar edib.
Onun özünü öldürməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.