XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2018 - 13:52

DİN:"Bakıda yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb"

Bakıda yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınan “Ford Transit” markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb.