Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb. Yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
Bunlar 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlu və 1 yaşlı oğlu Rauf Qəmbərovdur.
Hadisə Ş.Qəmbərovun idarə etdiyi “Opel” markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib. Faktla bağlı ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. (Report)