XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2018 - 12:27

Şabranda ruhi xəstəni “cin çıxartma” adı ilə döyüb öldürən dəstə tutuldu –DİN açıqlama yaydı YENİLƏNİB (FOTO)

Şabran rayonunda fırıldaqçılar Bakı şəhər sakinini döyüb öldürüblər.

Trend-in məlumatıcna görə, Bakı şəhər sakini, Soltanov Murad Şahin oğlunun Şabran rayonunun “5 sotlar” yaşayış massivindəki kirayədə yaşadığı evdə üzərində müxtəlif xəsarətlər olan meyiti aşkarlanıb.

Araşdırmalarla məlum olub ki, Şabran rayon sakinləri Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq Şabran şəhəri, Alı Mustafayev küçəsi, ev 19-da İbrahimov Vüsal Şahbaba oğluna məxsus evdə psixi xəstəlikdən əziyyət çəkən Soltanov Murad Şahin oğlunu “cin çıxartma” müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nayihələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər. M.Soltanov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb.

**

Daxili İşlər Nazirliyi (DİN) Şabranda baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq RPŞ-yə gətiriliblər.

İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.