XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2018 - 14:20

Rusiyada uşaq bağçası yandı –60 nəfər təxliyə olundu

Rusiyanın Ufa şəhərində uşaq bağçasında yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə ilə əlaqədar 61 nəfər, o cümlədən 48 uşaq binadan təxliyə olunub.

Qeyd olunur ki, yanğın bağçanın zirzəmisində başlayıb. Yanğına paltaryuyan maşın səbəb olub. Qısa müddət ərzində yanğının qarşısı alınıb. Xəsarət alanların olmadığı deyilir.