XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Noyabr 2018 - 15:01

Ötən gün ölkədə 89 cinayət törədilib –17 nəfər şübhəli saxlanılıb (DİN)

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 89 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə yeddi nəfər, o cümlədən borclu şəxs qismində axtarılan altı nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli dörd fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.