XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2018 - 18:37

 Bakıda keçmiş icra məmuru həbs edilib –Təfərrüat

 Bakıda keçmiş icra məmuru Asif Məmmədov həbs edilib.

“Report”un xəbərinə görə, ona qarşı Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsləri ilə ittiham irəli sürülüb.

A.Məmmədov vətəndaşlar – Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini verib. Lakin sonradan keçmiş icra məmuru vədinə əməl etməyib.

Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Artıq onun cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 20-nə təyin edilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.