XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

13 Noyabr 2018 - 20:23

Nazir Fikrət Məmmədov hakimləri Şəkiyə topladı –Müşavirə + FOTO

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə geniş müşavirə keçirib.

Strateq.az Ədliyyə Nazirliyinə istinadən bildirir ki, müşavirədə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirak etdikləri müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

F.Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərdən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçimindən, “Elektron məhkəmə” informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılmasından bəhs edib, cəza siyasətinin humanistləşdirilməsinə dair Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən işlərdən danışıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni Qanunun təsiri altına düşən 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub. Azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum edilmiş 500-dək şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir.

Müşavirədə Sərəncamla məhkəmələrin üzərinə düşən mühüm vəzifələr diqqətə çatdırılaraq, insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti vurğulanıb.

Həmçinin vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması ilə bağlı dövlətimizin başçısının qəti tapşırıqlarının icrası üzrə tədbirlər qeyd olunub, məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf hakimlərin təmsil edilməsi, apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin zəruriliyi vurğulanıb. Bundan başqa, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, etik davranış qaydalarına dönmədən əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə mövcud vakansiyaların doldurulması üzrə görülən tədbirlərə toxunularaq, ilk dəfə olaraq ali və bütün apellyasiya məhkəmələrinin 30 hakimin təyinatı ilə tam komplektləşdirildiyi bildirilib. Səlahiyyət müddəti başa çatmış 60-dan çox, o cümlədən müşavirədə iştirak edən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi qeyd olunub, vətəndaşların haqlı narazılığını doğuran halların yolverilməzliyi vurğulanıb.

Həmçinin şəffaf və çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə layiq bilinmiş 108 namizəd barəsində yaxın günlərdə təyinatların aparılacağı və bununla da hakim korpusunun tam əksəriyyətinin komplektləşdiriləcəyi bildirilib.