XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2018 - 14:55

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ekstradisiya ediləcək –Məhkəmə qərarı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə dələduzluqda, saxta sənədlər hazırlamaqda təqsirləndirilən Ulluqçu Yaverin öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

U.Yavərin ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar çıxarılıb. Qeyd edək ki, Türkiyə vətəndaşı U.Yavər bu il Bakının Səbail rayonunda saxlanılıb. Məlum olub ki, o, öz ölkəsində cinayət törədərək Azərbaycana qaçıb.