XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 21:07

Zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb –Şəkidə

 

Şəki rayonunda zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, şəhərin Yaqub Süleymanov küçəsi, ev 14 ünvanında yaşayan 1934-cü il təvəllüdlü Təyarə Abdulla qızı Hüseynovanı avtomobil vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq T.Hüseynova ilkin müayinədən sonra övladlarının təkidi ilə xəstəxanadan evə aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır.