XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2016 - 10:04

“Azərpoçt”un sabiq rəhbərininhəbs müddəti uzadıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq baş direktoru Qəmbər Bəybalayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Trend.az-ın məlumatına gorə, Səbail rayon Məhkəməsinin qərarı ilə Q.Bəybalayev barəsində seçilmiş həbs qərarının müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, Q.Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Q.Bəybalayevə qarşı Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrilə ittiham irəli sürülüb.