XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 19:33

Vəkil olmaq istəyənlər imtahan verəcək –Kollegiyadan açıqlama

Vəkillər Kollegiyası (VK) ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, dekabrın 23-də Kollegiya üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Kollegiyadan  verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə – elektronlaşdırılmış qaydada həyata keçiriləcək.

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarında iştirak etmək istəyən şəxslər dekabrın 20-dək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.

İmtahan mərkəzindəki kompüterlərin sayı nəzərə alınaraq, mərkəzdə 180-dək namizəd imtahan verəcək. Bu səbəbdən, daxilolma tarixi/vaxtı üzrə ərizələri qəbul olmuş ilk 180 namizəd imtahana buraxılacaq. Dəvət ediləcək şəxslərin imtahana buraxılıb-buraxılmamaları barədə məlumat onlara müraciətlərinin daxil olduğu gün veriləcək. Dekabrın 23-də keçiriləcək imtahana buraxılmamış şəxslər ardıcıllıqla növbəti aylarda təşkil ediləcək imtahanlarda iştirak üçün dəvət olunacaqlar.

Bundan əvvəlki – yanvarın 28-də keçirilmiş qəbul imtahanında iştirak etmiş və imtahanı müvəffəqiyyətlə keçə bilməmiş şəxslər dekabrın 23-dəki imtahanda iştirak edə bilməzlər/Report.