XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 23:50

Müğənni Röya avtomobil qəzasına düşdü, qolu sındı –FOTO

Müğənni Röya avtomobil qəzasına düşüb.

BakuPost.az xəbər verir ki, o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Müğənninin HB Güvən klinikasına aparıldığı bildirlir.
Klinikadan xəbəri təsdiqləyiblər. Bildiriblər ki, klinika rəhbərliyi xəstənin qəbul üçün xüsusi tapşırıq verib: “Bütün tibbi personalın toplanması üçün tapşırıq verilib. Röya xanım əvvəlcə rentgen olunacaq”.

Teleaparıcı Hacı Nuran axşam saatlarında qəzaya düşən əməkdar artist Röya Ayxanla görüşüb.

Musavat.com xəbər verir ki, o, ifaçı ilə birlikdə çəkilən fotosunu sosial şəbəkədə paylaşıb. Fotodan Röyanın qolunun əzildiyi və gipsə qoyulduğu məlum olub.

Həkimi də ifaçının durumunun yaxşı olduğunu və evə buraxıldığını bildirib.