XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2018 - 21:38

Keçmiş müstəntiq bacanağı tərəfindən öldürüldü –Neftçalada qanlı olay

Ötən gün Neftçala rayonunda qətl hadisəsi baş verib. Neftçala şəhər sakini , 1956-cı ildə anadan olmuş Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib.

Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Qətlin namus üstündə, mərhumun həyətindəki hüquq yardımı ofisində bacanağı İbrahim İbrahimov tərəfindən törədildiyi deyilir. Qətli törətməkdə şübhəli bilinən şəxs  saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (virtualaz.org)