XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2018 - 10:42

Kriminal avtoriteti güllələyən şəxs tutuldu –Saatlıda

 Saatlı rayonunda kriminal avtoritet Oktay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, bu, O.Əkbərovun qardaşı oğlu 22 yaşlı Saleh Əkbərovdur.

S.Əkbərovdan hadisə zamanı istifadə etdiyi ov tüfəngi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Xatırladaq ki, dünən rayonun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.