XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2018 - 12:48

Bərdədə qəza yerindən qaçan sürücü saxlanılıb –DİN-dən açıqlama 

 Bərdə rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. 

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 24-də Nərgiz Həsənovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “OKA” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Yusif Şükürov saxlanılıb.