XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 09:51

“Ötən gün 95 cinayət faktı qeydə alınıb, onların 9-u “isti izlər”lə açılıb” –DİN açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları haqqında statistik məlumatları açıqlayıb.

DİN-dən Strateq.az-a verilən məlumata görə, noyabrın 26-da ölkədə 95 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.