Bakıda qadın həbs edilib.
Bu barədə Trend-ə açıqlamasında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov məlumat verib.
Onun sözlərinə görə, qadın Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır: “Qadına mən və komitə sədri Tural Hüseynov baş çəkmişik.
Məhkəmənin aliment barədə qərarı olmasına baxmayaraq, qadın 3 il 8 aydır ki, qərarı icra etmir və alimenti ödəmir. Məhkəmə qərarını icra etmədiyi üçün qadın saxlanılıb və Xəzər rayon Məhkəməsinin qərarı il 10 sutka inzibati həbsə məhkum olunub”.