XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2018 - 10:13

Qazaxda kütləvi zəhərlənmə olub –4 nəfəri xəstəxanaya yerləşdirilib

Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.

Belə ki, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Vusal Faiq oğlu Xudiyev və 1957-ci il təvəllüdlü Almaz Həmid qızı Yusifova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır/Report.